Türkiyənin iki təyyarəsi Ukraynada qalıb

05.03.2022 - 12:47


“Fevralın 24-də humanitar yardım məqsədilə iki A400M hərbi nəqliyyat təyyarəmizi Ukraynaya göndərdik. Eyni zamanda oradakı vətəndaşlarımızın təxliyəsini planlaşdırmışdıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Ancaq sonradan hava sahəsi bağlandı. Ukraynanın Borispol aeroportundakı iki təyyarəmiz hələ də oradadır”, – o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə bununla bağlı həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır: “Təyyarələrimizin təhlükəsizliyinin mümkün qədər təmin olunmasını istəyirik. Atəşkəs elan olunanda onlar ölkəyə gətiriləcək. İlk fürsətdə təyyarələrimizi təxliyə edəcəyik. Həmçinin oradakı vətəndaşlarımızın da təxliyəsi mümkün olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171499

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930