Uzun müddətdən bəri ilk dəfə görünən Şoyqu ilə bağlı kadrlar səssiz təqdim olundu

24.03.2022 - 18:13

Uzun müddətdir efirlərdə görünməyən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündən videokadrlar yayımlanıb.

Lakin məsələ burasındadır ki, nazirin məruzə ilə çıxış etməsinə baxmayaraq, kadrlar səssiz şəkildə paylaşılıb.

“Rossiya 24” telekanalının baş redaktoru Yevgeni Bekasov bununla bağlı ünvanlanan sualı cavablandırarkən kadrları özlərinin çəkmədiklərini deyib. O bildirib ki, video prezident administrasiyasının mətbuat xidməti tərəfindən təqdim edilib.

“Kremlin mətbuat xidmətinə deyin, bu parçanı onlar göndəriblər. Biz çəkməmişik – onlar səsi qısıblar, bu onların qərarıdır. Bizim deyil. Hamıda belə idi”, – deyə Bekasov “Podyom”a bildirib.

Qeyd edək ki, Şoyqunun uzun müddətdir görünməməsi bir sıra söz-söhbətlərə səbəb olmuşdu. Dmitri Peskov müdafiə nazirinin “itkin düşməsini” onun işinin çox olması ilə əlaqələndirib.

“Əlbəttə, indi media fəaliyyətinin vaxtı deyil”, – deyə Peskov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728