Çökən məktəbdə ölənlərin sayı AÇIQLANDI
Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.
Bu barədə Modern.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.
Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Ölən şəxslərin məktəbin tikintisində iştirak edən 24-30 yaşlı fəhlələr olduğu bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=172496