Rusiya bayrağına bənzəyir deyə endirdilər – MARAQLI OLAY

31.03.2022 - 15:21

Rusiya və Ukrayna arasında müharibə və dialoqun davam etdiyi vaxt Kiyevdə maraqlı hadisə baş verib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Sloveniyanin Ukraynadakı səfirliyi Rusiya bayrağına bənzədiyinə görə alınan xəbərdarlıqdan sonra Kiyevdəki binasının qarşısında asılmış bayrağını müvəqqəti endirib.

Sloveniya əvvəllər bağladığı səfirliyini Kiyevdə yenidən açan ilk Qərb ölkəsi olub.

Sloveniyanın Kiyevdəki müvəqqəti işlər vəkili Bostyan Lesyak “Slovenia” telekanalına açıqlamasında deyib: “Kiyevə qayıtdıqdan sonra qürurla Sloveniya və Avropa İttifaqının bayraqlarını qaldırdıq. Amma Ukrayna milli qvardiyasının, sonra isə polis nümayəndələri mənimlə görüşdülər, onlar çox nəzakətlə soruşdular ki, Sloveniya bayrağı Rusiya bayrağına bənzəyir, müvəqqəti olaraq onu endirə bilərikmi”.

Sloveniya simvolik olaraq Kiyevdəki səfirliyini açsa da, səfir Tomaz Mençin Ukrayna sərhədinə yaxın olan Polşanın Rzeşov şəhərindən işini davam etdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=172500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728