İlkin Süleymanovun bacıları məhkəmədə ifadə verib

13.04.2022 - 20:18

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Cumhuriyyet.az “Report”a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində təqsirləndirilən şəxsin bacıları İlhamə və Kamalə Süleymanova ifadə veriblər.

Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.

İlhamə Süleymanova ifadəsində bildirib ki, meyitin tapıldığı gündən sonra polislər evimizə gəlib yoxlanışlar apardılar, lakin şübhə doğuran heç bir şey tapmayıb getdilər.

“Sabahsı gün yenə gəlib evi və bütün məhlədə axtarışlar apardılar, yenə də heç nə tapmadılar. İlkin ilk ifadəsində bildirmişdi ki, mən sadəcə meyiti görmüşəm, başqa heç nədən xəbərim yoxdur. Sonra bildik ki, İlkinə qarşı işgəncə ediblər ki, cinayəti boynuna alsın”.

Kəmalə Süleymanova isə ifadəsində onun yaşadığı evlə ata evinin (Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi ev) ayrı-ayrıdır.

“O vaxt bildirdilər ki, meyitin başına bağlanmış qırmızı rəngli parça var. Ata evimizdə yoxlanışlar aparmışdılar, həmin parçaya uyğun heç bir şey tapmadılar. Sonra gəlib bizim evə baxdılar, orda yorğanların arasına tikilmiş qırmızı parçanı göstərib həmin parçadan olduğunu dedilər. Lakin heç də həmin parçadan deyildi, hətta üzərində olan naxışlar belə fərqli idi. Lakin işi araşdıranlar inadla bildirdilər ki, guya həmin parçayla eynidir”.

Daha sonra məhkəməyə ifadə vermək üçün əsas şahidlərdən biri olan Altay Ələkbərov çağrılıb. Qeyd edək ki, bu şahidin istintaqa verdiyi ifadədə meyiti gördüyü vaxtla tapıldığı vaxt arasında ziddiyyət var.

Elə bu səbəbdən təqsirləndirilən İlkin Süleymanov hakimdən digər iki müdafiəçilərinin məhkəmədə iştirak etmədiyi, həmin vəkillərinin veriləcək sualları ola biləcəyi səbəbindən A.Ələkbərovun bu gün ifadə verməməsini xahiş edib.

Lakin hakim bu tələbi qəbul etməyib, şahidin ifadəsinin dinlənilməsini, digər vəkillərin də iştirak edəcəyi növbəti məhkəmələrin birində isə sualları cavablamaq üçün yenidən məhkəməyə çağırılacağını bildirib.

Altay Ələkbərov ifadəsində qeyd edib ki, meyitin tapıldığı həmin gün maşını ilə yeznəsi Fikrətgilə gedən zaman orada heç bir şey yox idi.

“Lakin təxmini 20 dəqiqədən sonra geri qayıdarkən orada meyitin yandığını, Nazamin isə (kənd sakini) əlində bel meyiti söndürməyə çalışdığını gördüm”, – A.Ələkbərov ifadəsində qeyd edib.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 14-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

18:12
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində təqsirləndirilən şəxsin bacıları İlhamə və Kamalə Süleymanova həmçinin kənd sakini, Hacıyeva Qaratel ifadə veriblər.

Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 14-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173470

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031