Medvedçukun həbsinə QƏRAR verildi

16.04.2022 - 22:44

Ukrayna məhkəməsi rusyönümlü “Müxalifət Platforması – Həyat Naminə” partiyasının lideri Viktor Medvedçuk barəsində həbs qərarı çıxarıb.

Cumhuriyyet.az xəbər verir ki, məhkəmə prosesi Lvovda keçirilib.

Medvedçuk ev dustaqlığı şərtlərini pozduğuna görə, onun haqqında həbs-qətimkan tədbiri seçilib. Partiya lideri girov müqabilində sərbəst buraxılmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskiyə cavab olaraq bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.

Bundan əlavə, partiya liderinin xanımı Marçenko “YouTube” səhifəsində Zelenskiyə müraciət edərək ərinin azadlığa buraxılmasını tələb edib.O, həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan həyat yoldaşının azad edilməsinə köməklik göstərməsini xahiş edib.

Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173712

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031