cumhuriyyet.net
Füzulidə polis özünü GÜLLƏLƏDİ • Cumhuriyyət
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində həyatını itirib. Bu barədə Cumhuriyyet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
nesimi