Evli kişi 19 yaşlı qızla maşında yandırılıb – Qətlin təfərrüatı

30.05.2022 - 13:09

Azərbaycanda baş vermiş tükürpədici qətlin detalları açıqlanıb.

Cumhuriyyet.az xəbər verir ki, cinayət hadisəsi 2017-ci il iyul ayının 7-nə keçən gecə Qubanın Küpçalqışlaq kəndi ərazisində baş verib.

İllər sonra məlum olub ki, ehtimal edilən qəza qəsdən törədilib və hadisədə iki nəfər, yəni Rəhman İşıqov və tanışı Ülviyyə Məmmədova qətlə yetirilərək yandırılıblar.

Belə ki, Rəhman İşıqov 2017-ci ildə Xaçmaz şəhərində yerləşən kafeni icarəyə götürüb. Onun dostu Osman Ömərov ona işçi kimi Ü.Məmmədovanı gətirib.

O.Ömərov Ü.Məmmədova ilə münasibətdə olub. İşə düzələndən sonra O.Ömərov Ü.Məmmədovanı dostu R.İşıqova qısqanmağa başlayıb.

O.Ömərov münasibətləri araşdırmaq üçün Ü.Məmmədovanı və R.İşıqovu Qubanın Küpçalqışlaq kəndinə dəvət edib. Elə oradaca O.Ömərov əvvəl Ü.Məmmədovanı, daha sonra isə R.İşıqovu bıçaqlayaraq qətlə yetirib.

O.Ömərov qətldən sonra meyitləri R.İşıqovun VAZ-2106 nömrəli maşınına qoyaraq Qudyalçayın üzərində yerləşən körpüyə gətirib. Qəza effekti yaradaraq maşını körpüdən aşağı yuvarlayıb, daha sonra əzilmiş avtomobilə od vuraraq meyitlərlə birgə yandırıb.

Ü.Məmmədovanın anası iddia edir ki, R.İşıqov evli ola-ola onun qızına elçi gəlib. Amma o bunu qəbul etməyib.

Qeyd edək ki, toplanmış sübutlar əsasında Osman Ömərov bu il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs olunub.

Mənbə: AStar TV

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175885

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031