Tahir Əmiraslanov kitablarını YANDIRDI – İctimaiyyət onu QINADI

07.07.2022 - 11:04

Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov şəxsi kitabxanasındakı kitabların bir qismini yandırıb.

Cumhuriyyet.az -ın məlumatına görə, bu barədə xəbəri T.Əmiraslanovun özü ictimailəşdirib.

“Hər dəfə əsəbiləşəndə kitablarımın və arxivimin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki…”, – deyə Milli Kulinariya Assosiyasiyasının rəhbəri vurğulayıb.

Tanınmış kulinarın bu addımı ictimaiyyət və kitabsevərlər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bir çoxları Tahir Əmiraslanovu kitabları yandırmaqda qınayıb.

İctimaiyyətin reaksiyası Tahir Əmiraslanovu atdığı addıma aydınlıq gətirməyə məcbur edib.

O, bununla bağlı deyib:

“Kitablarımı yandırmağıma yüzlərlə rəy bilidirilib. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram.

1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

2. Natıonal Geoqrafik kimi böyük bir resursda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm.

Bunları yozmaq lazım deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178121

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031