Maska rejiminə qayıdın – ÜST-dən ÇAĞIRIŞ

13.07.2022 - 17:51

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrin hökumətlərini maska ​​rejiminə qayıtmağa çağırıb.

Cumhuriyyet.az -ın məlumatına görə, təşkilat bunu ölənlərin sayının artmağa davam etməsi ilə əlaqələndirib.

Bir çox varlı ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra koronavirusla bağlı məhdudiyyətlərdən tamamilə imtina etsələr də, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın “hələ bitmədiyini” vurğulayıb.

O qeyd edib ki, “Omicron”un alt variantları dünyada yeni xəstəlik dalğalarına, hospitalizasiyalara və ölümlərə səbəb olmağa davam edir:

“COVID-19 hallarının sayının artmaqda davam etməsindən və bunun gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərməsindən narahatam. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178409

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728