Ana yıxılan övladını tutmaq üçün özünü binadan atdı – FACİƏ

27.07.2022 - 10:36

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Cumhuriyyet.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış massivində baş verib.

Binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı və anası pəncərədən yıxılıblar. Onlar hadisə yerində vəfat ediblər.

Abşeron rayon Prokurorluğundan saytımıza bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk olaraq Oxu.Az saytı məlumat yayıb. Bildirilib ki, binanın beşinci mərtəbəsində uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib. Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Short URL: http://www.cumhuriyyet.net/?p=179537

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728