Ermənilər Laçını belə yandırıb – SON GÖRÜNTÜLƏR

31.08.2022 - 14:58

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatda bildirilib ki, erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk ediblər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181209

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930