İcra başçısının yerində tapmadığı direktorun izahatı ALINDI

04.10.2022 - 13:22

Gədəbəydə icra başçısının qüsurlar aşkarladığı məktəbin direktorundan izahat alınıb.

Cumhuriyyet.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”a bildirilib ki, rayonun Arıqıran kənd tam orta məktəbində şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalara başlanılıb və hazırda monitorinq aparılır.

Qeyd olunub ki, məsələ ilə bağlı məktəb direktorunun izahatı alınıb. Məlumata görə, araşdırmalar davam etdirilir: “Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Şagirdlərin əksəriyyəti isə digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslər olduğu da müəyyən edilib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930