Azərbaycanlı ilə evlənən qadın CƏZALANDI

22.11.2022 - 18:23

Rusiyada Azərbaycan vətəndaşı olan kişi ilə nikaha girən qadının məhkəməsi keçirilib.

Kirov vilayətində 31 yaşlı qadın azərbaycanlı kişinin vətəndaşlıq alması üçün onunla nikaha daxil olub. Həmin qadın barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1 (qanunsuz miqrasiyanın təşkili) maddəsilə cianyət işi başlanıb.

Müəyyən edilib ki, qadın Rusiya Federasiyasının vətəndaşı olmaqla, ailə (birgə yaşayış, ümumi təsərrüfat) yaratmaq əlamətləri olmadıqda Azərbaycan Respublikasının vətəndaşı ilə qondarma nikaha daxil olub. Nikahın qeydiyyatı əcnəbi vətəndaşın vətəndaşlıq alması prosedurunu sadələşdirmək üçün aparılıb.

Məhkəmə onun təqsirinin sübuta yetirilməsinə dair dövlət ittihamçısının rəyi ilə razılaşaraq, onu təqsirli bilib. Əməlin şiddətini, yüngülləşdirici halların cəmini nəzərə alaraq, məhkəmə qadına 15 min rubl (təxminən 420 manat) məbləğində cərimə kəsib.

Məhkəmənin hökmü qanuni qüvvəyə minib.

Prokurorluğun iddiaları məhkəmə tərəfindən qanuni və təmin edilib və qondarma nikah ləğv edilib. /Lent.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031