Rusiya quru qoşunlarını Ermənistana gətirir

01.01.2023 - 13:47

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.

“Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, – məlumatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır

“Bütün manevrlər sülhməramlı və antiterror xarakterli olacaq”, – nazirlik bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Rusiya-Hindistan “İndra-2023” xüsusi təyinatlı təlimi, ŞƏT-ə üzv dövlətlərin “Sülh missiyası-2023” birgə hərbi antiterror komanda-qərargah təlimi, Rusiyanın laosla birgə hərbi təlimləri, Rusiya-Pakistan birgə “Dostluq -2023” hərbi təlimidir.

Həmçinin planlarda Rusiya-Əlcəzair birgə hərbi təlimi, Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2023”, Rusiya-Monqolustan “Selenqa-2023” birgə təlimi və Rusiya-Vyetnam təliminin keçirilməsi nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930