İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlanıb

06.03.2023 - 16:33

İran İslam Respublikasından idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmin sirayət etdiyi məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ poliqonunda məhv edilib.

Qeyd olunub ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş üç müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031