DİN yoxlama keçirdi: Yüksəkrütbəli səkkiz zabit işdən çıxarıldı

01.05.2023 - 13:07

Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidməti kompleks yoxlamalar aparılıb.

Cumhuriyyet.az-ın məlumatına görə, yoxlamalar nəticəsində 8 nəfər işdən azad edilib.

Belə ki, yoxlamalar zamanı İdarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin, habelə narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis Bölməsinin rəisi polis mayoru Samir Qayıbov və bölmənin rəis müavini polis mayoru Ramil Rüstəmovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.

Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüblər. Yoxlamalar davam etdirilir.

Qeyd edək ki, 3 ay öncə Abşeron Rayon Polis İdarəsinin rəisi dəyişdirilib. Polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq yerinə polkovnik Musa Musayev təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=191376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728