UNO-lar hellikopteri izləyib – VİDEO

27.03.2015 - 00:39

uno5Böyük Britaniya sakinləri hellikopterin dörd UNO tərəfindən izləndiyinin şahidi olublar. ANS PRESS-in məlumatına görə, bu qeyri-adi hadisə Bolton şəhərinin səmasında baş verib.

Finni ailəsi həmin gün təmiz açıq havada özləri üçün barbükü düzənləyiblər. Lakin hellikopterin səs-küyü romantik istirahəti darmadağın edib. Səsə boylanan cütlük bublik görkəmində hansısa qəribə obyektlərin hellikopteri qovduğunun şahidi olurlar. Onlar dörd nəfər olublar və çox sürətlə hərəkət ediblər.

Andrea əri Naydceldən bu qəribə qaçdı-qovdunu çəkməyi xahiş edib. Ər həyəcanlı olduğundan çəkiliş keyfiyyətli alınmayıb. Neydcel indiyədək belə bir şeyin şahidi olmadığını deyir.

Qeyd edək ki, belə bir hadisə Böyük Britaniya səmasında ilk dəfə baş verməyib. Təxminən bu kimi hal Suffolk qraflığının səmasında görünmüşdü. O zaman anlaşılmaz obyekt hellikopterin ətrafında dövrə vurmuşdu.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=19711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728