“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – Fotolar

27.03.2024 - 11:52

“Gənclik Mall”da autizmli gəncin zorakılığa məruz qaldığı bildirilir. Bu barədə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Kənan adlı gənc bir neçə gün əvvəl “Gənclik Mall”ın sanitar qovşaqlarından birində zorakılığa məruz qalıb:

“Kənan vəhşicəsinə üzünə zərbə alıb və sonradan görənlərin dediyinə görə, tualet tamam qan içindəydi. Səbəbini bilmirik, araşdırılması üçün polisə müraciət etmişik, amma bir polis əməkdaşı bir həftədir hər gün arayıb “bu gün sabah gələcəm” deyib, eyni sualları hər gün soruşur, amma gəlib çıxmayıb hələ də”.

Aytən Eynalova iddia edir ki, “Gənclik Mall”ın mühafizə xidməti hadisənin araşdırılmasına mane olmağa çalışıb: “Kənanın anasına  deyiblər ki, hadisənin üstünə getməyin, onsuz da tapılan deyil”.


“Gənclik Mall”dan verilən açıqlamada bildirilib ki, aidiyyəti dövlət qurumları ilə çiyin-çiyinə verərək məsələnin həlli üçün hazırdırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı bildirib ki, məsələ araşdırılır:
“Məlumat icraata qəbul edilib. Araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

yeniavaz.com

Short URL: http://www.cumhuriyyet.net/?p=199561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31