Mərhum aktyor-deputat Mikayıl Mirzənin qardaşı oğlu qətlə yetirilib

28.03.2015 - 14:06

Qətlə yetirilən Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranın sahibi olub

rrBu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb. Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın xalq artisti, mərhum aktyor, Milli Məclisin sabiq deputatı Mikayıl Mirzənin qardaşı oğludur.

Short URL: http://www.cumhuriyyet.net/?p=19990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728