Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: viski içib, domino oynadılar…

31.05.2024 - 16:28

Bakıda hotelin damından girib, dördmərtəbəli, 13 otaqlı villadan oğurluq edən şəxslərə hökm oxunub. Musavat.comqaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda “milyonerlər məhəlləsi” kimi tanınan ərazidəki villaların birində baş verib. Hadisəni isə 1996-cı il təvəllüdlü Ramin Hüseynov (soyad şərti) və Yusif Bağırov (soyad şərti) törədiblər.

Belə ki, onlar içkili vəziyyətdə villanın yaxınlığında yerləşən hotelin damından evə keçməklə ümumi dəyəri 76 500 manat olan əşyaları oğurlayıblar. Təqsirləndirilən şəxslər villanın ikinci mərtəbəsində hər birinin qiyməti 1 700 manat olmaqla ümumi dəyəri 8 500 manat olan Türkiyə istehsalı beş ədəd mis şamdan, 17 000 manat dəyərində bir ədəd qadın təsvirli bürünc heykəl, 8 500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8 500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan bir ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25 500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan bir ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3 400 manat dəyərində yerli istehsal olan bir ədəd mis qazan, 5 100 manat dəyərində bir ədəd çaynikaltı tas aparıblar.

Ramin və Yusif villada qonaq otağında divanda əyləşib evdən tapdıqları bahalı viskini içiblər və domino oynayıblar. Hadisə 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə baş versə də, ev sahibi həmin vaxt ailəsi ilə birgə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən villasında yaşadığından hadisədən iki gün sonra xəbər tutub.

Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barələrində üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlar oğurladıqları əntiq əşyaların əksəriyyətini də ev sahibinə qaytarıblar.

Əldə edilən məlumata görə, villasından oğurluq olan ölkənin tanınmış şəxsidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031