Ailəsinin beş üzvünü qətlə yetirən Əhmədlə bağlı QƏRAR VERİLDİ

11.06.2024 - 12:29

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs qətimkan tədbirinin müddəti uzadılıb. Onun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Xətai Rayon Məhkəməsində verilib.
Qərarla bu müddət 20 gün uzadılıb.
Qeyd edək ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4-aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=201271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930