Daşkəsəndə tükürpədən qətl: gənc qızı öldürüb basdırdı

30.03.2015 - 14:51

bicaq1Daxili İşlər Nazirliyi Daşkəsən rayonunda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib və cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da Rusaln Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib. Gülnarə Mirzəyevanın meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

Daşkəsən rayonunda qətl hadisəsi törədilib. Daşkəsən Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonunun Xoşbulaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd ərazisində təxminən 18 yaşlı qız qətlə yetirilib və daha sonra torpağa basdırılıb. Hazırda rayon prokurorluq və polis şöbəsinin əməkdaşları hadisə yerindədir. Meyit basdırıldığı yerdən çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Mirzəyevadır. Gülnarə Mirzəyeva bir neçə gün əvvəl itkin düşmüş kimi qeydiyyatda olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.

Ruslan Behbudzadə həbs edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=20262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031