Ekstrasensi “Azəriqaz”ın hüquqşünası duaya görə öldürübmüş…
Bakının Səbayel Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutularaq Bakıya gətirilib.
Araşdırmalar zamanı məlum olub ki, Məhəbbət Cahangirov ekstrasensi yazdığı duaya görə öldürüb. Belə ki, Məhəbbət Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə Tahir Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub. Ağrıları çoxalıb. İşində problemlər yaranıb.
Bu səbəbdən Məhəbbət Cahangirov ekstrasensdən intiqam almaq istəyib. Qeyd edək ki, M. Cahangirov “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünasıdır. Ali təhsilli hüquqşünas subaydır.
Short URL: http://www.cumhuriyyet.net/?p=20582