Şadman Hüseynin oğluna 10 il həbs cəzası verildi

01.04.2015 - 18:16

88886_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseyin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şaiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel, 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Ş.Hüseyn dələduzluqda ittiham olunur.

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.

Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.

Şaiq Hüseyn daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsəməkdə ittiham edilib və ona qarşı buna dair də iddia var.

Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.(virtualaz.org)

)

Short URL: http://www.cumhuriyyet.net/?p=20716

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031