Tərtərdə dələduz necə himayə olunur?

02.04.2015 - 15:21

Tərtər rayon məhkəməsinin hakimi Həsən Qəniyev dələduz qadina haqq qazandırıb
law book,balance and gavelTərtər şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10 mənzil 11 ünvanında yaşayan Tofiq Hüseynov cumhuriyyet.az-ın elektron poçtuna məktub göndərib. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
Tərtər Rayon Məhkəməsinin hakimi Həsən Qəniyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə («Dələduzluq») təqsirli bilinən Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı haqqında rayon prokuroru Azər Hətəmovun həbs qəti imkan tədbiri barədə təqdimatını rədd edib və dələduz qadına məhkəmədə haqq qazandırıb. Gətirdiyi səbəb də bu olub ki, həmin qadının 3 uşağı var, onun biri 6 yaşındadır və digər səbəb isə dələduzluq əməlindən 4 ay sonra notariat kontorundan verilən qanunsuz müqavilənin guya öhdəlik yaratmasıdır. Əlbəttə, körpələr dünyanın saf mələkləridir və onlara qayğı göstərmək hamımızın müqəddəs borcumuzdur. Lakin Həsən Qəniyevin hökmündən belə nəticəyə gəlmək olar ki, kimin azyaşlı uşağı varsa və yaxud kim saxta bir sənəd təqdim edərsə, o, hər cür cinayət törədə bilər, Həsən kimi hakimlər isə onlara haqq qazandırar. Bəs qanunun aliliyi? (Yeri gəlmişkən qeyd edək ki, pulu əlindən dələduzluq yolu ilə alınan qadının birinin də 2 körpə uşağı var. (biri 4 yaşında, o biri 1 yaş 6 aylıq) və onların yemək pulu da qalmayıb).rr
Prokuror isə hakimin bu qərarına heç bir rəsmi hüquqi münasibət bildirməyib. Sevinc Kərimova əvvəllər oğurluq üstə məhkum olunmuş fırıldaqçı bir qadındır. O, uzun müddətdir ki, falçılıqla məşğul olur, Bakıda, Gəncədə, Yevlaxda, Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrind guya insanları gözləyən «xata-bəlaları» əvvəllcədən görür və karta baxaraq, əlaclarını tapır və yaxud adamlara yaxşı tale bəxş edir. Beləliklə vətəndaşları aldadaraq onların pullarını mənimsəyir.
Son zamanlarda isə Tərtərdə adlarının çəkilməsini istəməyən iki ailənin üzvlərinin etibarından sui-istifadə edərək, aldatma yolu ilə onların pullarını ələ keçirmiş və hər iki ailəyə külli miqdarda ziyan vurmuşdur. Həmin adamlar 6 aydan sonra aldadıldıqlarını başa düşərək Tərtər rayon Prokuroruna ərizə ilə müraciət etmiş və təkzibolunmaz sübutlarla ərizəni əsaslandırmışlar. Rayon prokurorluğunda ərizə əsasında araşdırılma aparıldıqdan sonra Kərimova Sevinc Sultan qızının dələduzluğu haqqında toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 150666005 №-li cinayət işi başlanaraq istintaq aparılması Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılmışdır. Müstəntiq Firuz Nuriyev tərəfindən aparılan İstintaqın gedişində Kərimova Sevinc Sultan qızı təqsirli bilinərək, müstəndiqin qərarı ilə 48 saat həbsdə saxlanılmışdır. Sonra təqsirləndirilən şəxsin barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən rayon prokuroru qarşısında vəsadət qaldırılmış, prokuror isə bu barədə Tərtər Rayon Məhkəməsinə təqdimat göndərmişdir. Məhkəmədə isə, yuxarıda dediyimiz kimi, möhtərəm hakim Həsən Qəniyevin «mərhəməti» ucbatından dələduz Sevinc Kərimova sərbəst evinə buraxılmışdır ki, gedib cinayət əməllərini davam etdirsin.
ttQəribədir, bu qadın dələduz və fırıldaqçı olmasını dolayısı ilə etiraf edir, istintaq materiallarında onun dələduzluğu əsasən sübut olunur, lakin hakim Həsən Qəniyev isə onu həbs olunmaqdan azad edir. Bu, necə ola bilər? Ona görə də adamın ağlına bəzi «qara-qura» fikirlər gəlir. Bu fikirləri isə yaradan səbəblər var. Əgər dərindən araşdırılsa, Sevinc Kərimovanın mütəşəkkil dələduz bir şəbəkənin üzvü olduğu aşkara çıxar. Onun yuxarıda qeyd olunan ailələrdən dələduzluq yolu ilə ələ keçirdiyi külli miqdarda pul məsələsində də bəlkə də bu şəbəkənin əli vardır. O, dələduzluq və aldatma yolu ilə iki nəfərdən ələ keçirdiyi və öz boynuna aldığı 48 min manatı və 2600 ABŞ dollarını gah Bakıda Kamal adlı birinə verdiyini (41 min manatını), gah Türkiyədə olan bacısına göndərdiyini, gah Bakıda Samir adlı bir şəxslə alver edərkən ziyana düşdüyünü, gah bir «yaxşı ailəyə» borc verdiyini, gah bir nəfərin bu pulu onun əlindən aldığını və adını çəksə uşaqlarını öldürəcəyi ilə hədələdiyini və s. və i.a. bildirmiş, bu gün söylədiyini sabah danmışdır. O, həm də Tərtərdə yaşayan «Dollar Lətafətin», «Sələmçi Aybənizin», Məlahətin, Şəhlanın, Müşviqin, «Pul dəyişən Nofəlin», Sevdanın və s. adamların adlarını tez-tez çəkərək, onlarla «iş birliyi» olduğunu bildirmişdir. (Sevincin məhkəməsi olarkən də məhkəmə zalının qapısının bayır tərəfində «Dollar Lətafət», Əziz, digər bir qadın və bir kişi səbrsizliklə hakim Həsən Qəniyevin əvvəllcədən məlum olan hökümünü gözləyirdilər. Görəsən niyə? «Amması» da elə burasındadır).
Babalı deyənlərin boynuna, danışırlar ki, Sevinc Kərimova əri Elşadla birgə narkotika məsələsi ilə də məşğul olur. (Elə bu işin üstündə Elşadın məhkum olduğunu da bildirirlər).
Dələduz Sevinc Kərimova həmin iki ailənin üzvlərini o qədər aldadıb ki, sonda ələ keçirdiyi pulları qaytaracağını dedikdə, onlar inanmayıblar. Bu zaman falçı qadın onlara təklif edib ki, inanmırsınızsa, telefonun kamerasına məni çəkin, hər şeyi etiraf edim. Bu da qane etmirsə, gəlin gedək notarusdan sənəd alım verim. Belə də olur. Dələduzluq yolu ilə külli miqdarda pulu tam ələ keçirdikdən 4 ay sonra (9 yanvar 2015-ci il tarixdə) Tərtər rayon Dövlət Notarial Kontorunun dövlət notariusu Adil Rüstəmovdan “Kredit (borc) müqaviləsi” alınır. Deməyəsən, bu da bir kələk imiş. Həbsdə olmuş və üzü-üzlər görmüş bu dələdz qadın törətdiyi cinayət əməlini həmin müqavilə ilə mülkü müstəviyə keçirmək niyyətini güdürmüş. Hakim Həsən Qəniyev isə onun bu istəyinə rəvac verib.
Sevinc Kərimovanın dələduzluğunu isbatlayan şahidlər, maddi sübutlar və sənədlər olsa da, onun layiqli cəza almasına imkan verməyən Həsən Qəniyev kimilər bəzi hakimlərə qarşı da insanlarda şübhə yaradırlar.
Bu fırıldaqçı qadının həbs olnması pul sahibləri üçün bir o qədər də vacib deyil. Onlara öz halal pullarının geri qaytarılması lazımdır. Buna isə hakim Həsən Qəniyev heç bir əhəmiyyət verməmişdir.
Dolayı yolla notariusdan alınmış müqavilənin müddəti 31 mart 2015-ci il tarixdə bitmişdir. Görəsən bundan sonra Həsən Qəniyev kimi hakimlər nəyi tutalğac edəcəklər?
Atalar deyib: «Haqq nazilər, üzülməz». Əlbəttə, gec-tez ədalət öz yerini tapacaq. Biz buna inanırıq.
İşin istintaqı davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728