Ağsudakı qətl 30 ilin qisası imiş

02.04.2015 - 17:16

rrBir neçə gün əvvəl Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən və hadisə yerindən qaçdıqdan 2 gün sonra tutulan şəxs ifadə verib. Cumhuriyyet.az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əvvəlcə avtomobil ustası, 49 yaşlı Sərxan Soltanovu, daha sonra isə xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəyevi güllələyən 62 yaşlı Ramiz Ələkbərov törətdiyi əməlləri əsaslandırmağa çalışıb. R.Ələkbərov bildirib ki, 1985-ci ildə onun qardaşı Tarif Ələkbərov müəmmalı yol qəzası nəticəsində dünyasını dəyişib.

R.Ələkbərov iddia edib ki, həmin qəza əvvəlcədən planlaşdırılıb və Sərxan Soltanov və Emin adlı digər şəxs tərəfindən həyata keçirilib. Nəhayət, olayın üstündən 30 il keçəndən sonra R.Ələkbərov S.Soltanovdan qisas almağın zamanının yetişdiyini düşünüb və onu aldadaraq kirayədə yaşadığı evə çağırıb. Burada o, S.Soltanovu güllələyərək öldürüb.

Növbəti qətl, M.Mirzəyevin güllələnməsinə gəlincə, R.Ələkbərov deyib ki, əslində onu öldürmək fikrində olmayıb. Saxlanılan şəxs iddia edib ki, hadisədən bir neçə gün əvvəl M.Mirzəyevlə mübahisəsi düşüb. Mübahisə zamanı “Ata yurdu” restoranının sahibi olan M.Mirzəyev ona bacı söyüşü söyüb. R.Ələkbərov S.Soltanovu qətlə yetirdikdən sonra restorana gələrək bu haqq-hesabı da çəkmək istəyib və M.Mirzəyevə atəş açıb. Bundan sonra o, özünə məxsus olan avtomobillə Ağsu dolayları ilə Şamaxıya yola düşüb və buradan naməlum istiqamətə gedib.

R.Ələkbərov daha 3 nəfəri öldürəcəyi ilə bağlı deyilənləri təkzib edib və yalnız 1 nəfəri – 30 il əvvəl qardaşının düşdüyü qəzanı “təşkil edən”lərdən biri olan Emin adlı şəxsi qətlə yetirmək fikrində olduğunu deyib. Lakin nə qədər axtarsa da, Emini tapa bilməyib və planı baş tutmayıb.

Qeyd edək ki, martın 28-də Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən Ramiz Ələkbərov martın 30-da gecə saatlarında Polis Şöbəsinə gələrək təslim olub. R.Ələkbərov Ağsuda “Lomka Ramiz” adı ilə tanınıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=20841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728