SENSASİYA: Tanınmış aktyor Hacıbala Abutalıbovun əmlakənı müsadirə edəcək

04.04.2015 - 03:50

“Hacıbala Abutalıbov, məndən nə istəyirsən?! Mənə bu yaşımda niyə əziyyət verirsən?! Yeddi nəfərlik ailəm başına daş tökülərək yaşayır, bunu Allah götürməyəcək!”

hacibala1Ali Məhkəmənin qərarından apelyasiya şikayəti verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şikayətinə baxılıb. Bu barədə modern.az-a aktyor Əbdül Mahmudov məlumat verib. Onun sözlərinə görə, artıq altıncı məhkəmə qərarıdır ki, Hacıbla Abutalıbovun şikayəti təmin olunmayıb: “Çünki məsələ ilə bağlı Ali Məhkəmənin qərarı var. Bu gün bir daha bildirildi ki, məhkəmənin qərarı icra olunmalıdır. Mənə dəyən ziyan ödənilməlidir.

Qəribəsi budur ki, rəsmi sərəncamla vəzifə daşıyan adamlar vəzifələrini icra etmirlər. Maraqlıdır, niyə bunlar Hacıbala Abutalıbovdan qorxurlar, səbəb nədir?! Artıq əlimdə məhkəmə qərarı var, bundan sonra məsələylə hüquqşünaslar məşğul olacaq. Onun əmlakını müsadirə etmək hüququm da var. Sonuna qədər mübarizə aparacağam”.

Aktyor saytımız vasitəsilə merə sual ünvanlayıb: “Hacıbala Abutalıbov, məndən nə istəyirsən?! Mənə bu yaşımda niyə əziyyət verirsən?! Yeddi nəfərlik ailəm başına daş tökülərək yaşayır, bunu Allah götürməyəcək!”.

“Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərər dəyən evi təmir etdirməli, yaxud dəyən ziyanı ödəməlidir.

Qiymətləndirmə şirkətinin evə dəyən ziyanla bağlı qoyduğu qiymət 650 min manat olub. Amma qarşı tərəfin cəhdi ilə rəqəm 180 min manata salınıb. Bunun da 10 min manatı mənəvi ziyanla bağlıdır, qalanı evin bərpası üçün nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=21079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728