Obamaya görə qadın tıxacda doğdu
ABŞ prezidenti Barak Obamanın korteji üzündən tıxacda qalan qadın uşağı yolda dünyaya gətirib.Hadisə dünən Kentukki ştatının Luisvill şəhərində baş verib.
Təcili tibbi xidmətə yerli vaxtla saat 17:15-də zəng daxil olub. Hamilə qadının evinə gələn təcili tibbi xidmətin maşını onu xəstəxanaya çatdıra bilməyib. Prezident Barak Obamanın ştata gəlişi səbəbi ilə küçələrdə nəqliyyatın hərəkəti kəsilib və yolda tıxac yaranıb. Tibb bacısı qadına elə tıxacda uşağı dünyaya gətirməyə kömək edib. Tezliklə təzə doğulan oğlan uşağı və onun anası klinikaya çatdırılıb.
Məlumata görə, bu artıq ikinci dəfədir ki, Obamanın korteji hamilə qadına doğum evinə çatmağa mane olur. İlk hadisə ötən ilin iyulunda Los-Ancelesdə baş verib.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=21129