ŞOK! İsmayıllıda direktorun evli oğlu məktəbli qızl qaçıraraq zorlayıb – indi də azadlıqdadı

07.04.2015 - 01:00

ismayıllıİsmayıllıda baş verən tükürpədici hadisə ilə bağlı istintaq davam edir. Ötən il rayonun Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğlu Aqşin məktəbli qızı zorlamada ittiham olunub. Aqşin Məmmədov Bakıda yaşayan və İsmayıllıya qohumunun toyuna ailəsi ilə gələn Nailə Nuriyevanı (ad-soyad şərtidir) gecə qaçıraraq, üç gün gizlədib, ona təcavüz edib. Hadisə toy axşamı baş verib. Ailəsi polisə müraciət etdikdən sonra məktəbli qız tapılıb.
Aqşinin evli olduğu bildirilir. Onun uzaqdan bu ailə ilə qohumluğu və məktəbli qızla tanışlığı da olub. Arabir onların Bakıda yaşadığı evə gedib-gəlirmiş. Ancaq qızın ailəsi uzaq qohumun belə bir iş görəcəyini ağlına gətirməyib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda 149.1 maddəsi ilə cinayət işi açılıb. Daha sonra iş Qəbələ Rayon Prokurorluğuna verilib və müstəntiq Elçin Sadıqovun icraatındadır. Hazırda məktəb direktorunun övladının azadlıqda gəzdiyi və istintaqın davam etdiyi qeyd olunur.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21475

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031