Bakıda 3 avtobus toqquşdu: ölən və xeyli yaralı var

07.04.2015 - 10:41

qeza2Bakıda sərnişin avtobuslarının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığında 194 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul olan “Daewoo” markalı avtobusla fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və sürücülər, eləcə də avtobuslarda olan sərnişinlər düşərək mübahisə etməyə başlayıblar. Bu zaman 211 saylı xətt üzrə hərəkət edən digər “Daewoo” markalı sərnişin avtobusu yolda cəmləşmiş insanlara çırpılıb. Nəticədə “Mercedes” markalı mikroavtobusun sürücüsü hadisə yerindəcə keçinib. Daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır

Short URL: http://www.cumhuriyyet.net/?p=21528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728