Azərbaycanda müstəntiq və polisi hadisə yerində vurdular

07.04.2015 - 12:27

hadiseÖtən gecə saat 23 radələrində Bərdə rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdədən Ağcabədiyə gedən yolda “VAZ-2107” markalı avtomobil 15 yaşlı oğlanı vurub.

Məlumat daxil olan kimi hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən yoldan ötən “VAZ-2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb. Qəza nəticəsində faktı araşdıran müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlardan Zaur İsmayılovun vəziyyəti daha ağır olduğu üçün onu Bakıya göndəriblər.

Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=21562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031