Qara dənizdə 9 azərbaycanlı xilas edilib

13.04.2015 - 22:38

img1783267Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Agentliyinin xilasediciləri Qara dənizdə gəzintiyə çıxan 9 nəfəri xilas ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xilasedicilər 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlını, o cümlədən üç nəfər yetkinlik yaşına çatmayan yeniyetməni xilas ediblər.

Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xilas olan şəxslər Batumidə mühərrikli gəzinti qayığına oturub dənizə gəzməyə çıxıblar. “Dənizdə onların mindiyi qayığın mühərriki xarab olub. Nəticədə vətəndaşlar onlara kömək göstərilməsini xahiş ediblər. Xilasedicilər qrupu vaxtında köməyə yetişib və xüsusi əməliyyat nəticəsində onlar sağ-salamat sahilə gətirilib”, nazirliyin mətbuat xidmətindən bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=22446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728