14 yaşlı qız sərxoş atasının zorakılığına dözmədi və…

15.04.2015 - 00:06

qizTürkiyədə bir ailədə yaşanan mübahisə ölümlə nəticələnib. ANS PRESS-in məlumatına görə, Kocaelinin Kandıra rayonunda meydana gələn hadisədə 14 yaşlı qız içkili vəziyyətdə gələrək onu və anasını döyməsi səbəbilə atasını qətlə yetirib.

2009-cu ildə 12 yaşlı qızını traktor qəzasında itirən İ.K. qızının ölümündən sonra hər gün içki içməyə, evə sərxoş gəlməyə başlayıb. Sərxoş ata içkinin təsirilə hər dəfə evdəkilərə zorakılıq göstərirdi. Hadisə baş verən gün də yenə həmin günlərdən biri olub.

Sərxoş halda evə gələn İ.K. həyat yoldaşını döyməyə başlayıb. Bu vaxt evdə olan 14 yaşlı qız R.K. dözə bilməyib və əlinə aldığı mətbəx bıçağı ilə atasının sinəsindən vuraraq ona xəsarət yetirib. Qanlar içində xəstəxanaya çatdırlıan kişinin həyatını xilas etmək olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=22545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728