Bakıda qadınlar biabırçı şəkildə kameraya düşdülər
Bakının Xəzər rayonunda mağazalarda oğurluq edən qadınlar tutulublar. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınları müşahidə kameraları vasitəsilə tutublar.
Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüblər. Onlar aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən tutulublar.
Onları Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=23106