“Şuşa” restoranında Avropa Oyunlarına gələn jurnalistlərə soyğunçuluq

22.06.2015 - 12:40
rrI Avropa Oyunlarının bitməsinə bir həftə qalır. Təşkilatçılığın və təhlükəsizliyin yüksək səviyyədə olmasına söz ola bilməz. Bu oyunları bayrama çevirən vətəndaşlarımızı, şəhər sakinlərini də unutmaq olmaz. İdmançılarımızın çıxış etdiyi idman növlərində olan azarkeş sayını, azərbaycanlıların I Avropa Oyunlarına vətəndaş dəstəyi kimi də qiymətləndirmək olar. Dünənə qədər idman arenalarına ailəvi gələnə nadir hallarda rast gəlinirdisə, artıq bu günün adi halıdı. Şübhəsiz ki, bu maraq da Azərbaycanda idmanın inkişafına öz töhvəsini verəcək. 
I Avropa Oyunları Azərbaycanı təkcə idman ölkəsi kimi tanıtmır, həm də qonaqlar görməlidi ki, sabitlik, qanunların höküm sürdüyü ölkədə tam təhlükəsiz gəlib istirahət edib gedə bilərlər. Buna ev sahibi kimi sıravi vətəndaşdan vəzifəlisinə qədər borcludu. Nəqliyyat işçisindən – taksi, metropoliten, konduktor – restoran sahibləri, ofisiantına qədər… Axı, ölkəyə gələni ilk növbədə qiymətlər və xidmət qane etməlidi.
Təəssüflər olsun ki, bu aralarda nəfsinə, tamahına hakim olmayanlar da var. Daha dəqiq desək Bakının tanınmış restoranlarından biri olan “Şuşa” restoranı nəinki adına hörmət qoyur, hətta ona çalışır ki, Azərbaycanda Şuşa adında heç nə olmamalıdı.
Dünən (21 iyun) azərbaycanlı jurnalistlər moldovalı həmkarını şam yeməyinə dəvət ediblər. Sözü gedən məkana – “Şuşa”ya. Beş nəfərdən ibarət olan məclis iştirakçıları sonda restoranın sürpriz hesabına mat qalıb. 293 manat. Necədi?
Sössüz ki, etiraz olub, amma çi fayda. “Siz bilmirsiz harda oturmusuz?”, “şikayətiniz varsa, gedin edin”, “kimə kimdən şikayət edəcəksiniz?” kimi cavablar harınlığın son həddidir.
Ən dəhşətlisi odur ki, ofisiantı müştərinin üzünə durmağa məcbur edirlər. Beş nəfər üçün hesabda 6 ədəd birletirlik meyvə suyu və 5 ədəd limonad qeyd olunur. Məsul şəxs isə ofisiant nə deyib onu yazmışam, ikinci isə öz növbəsində dili topuq vura-vura üzə durur.
Masaya 6 pay çörək gəlib. Bir pay yarım çörəkdisə, deməli 3 bütöv çörək hesabda 6 manat idi. 6 dəfə baha satış.
Xiyarı 50 qəpiyə, pomidoru 1 manatdan hesablayaq. 3 xiyar-pomidor salatına nə qədər hesablasalar yaxşıdı?  9 manat. 3 salatın maya dəyəri 1 manat etmir. Hər masaya gələn sifariş maya dəyərindən ən azı 5 dəfə baha idi.
Bu gün tanışlıqla həmin restoranın bir ofisiantının gündəlik gəlirini öyrəndik – 20 manat. Artıq bir qəpik belə verilmir. Hesabda isə 10 faiz xidmət haqqı tutulur – 29 manat 30 qəpik.
Azərbaycan qanunlarını (maya dəyərinin üzərinə gəlir məqsədilə neçə faiz qoyulması qanunlarda əksini tapır) heçə sayan azğınlaşmış bu restoranın baş bilənləri işçilərinin də maaşını əlavə olaraq müştəridən alır. Razıyam bəzi ölkələrdə hesaba 10 faiz xidmət haqqı əlavə olunur, lakin həmin dövlətlərdə maya dəyərindən əlavə beş qat xeyir götürənin, götürən yerin dağlayarlar.
Əslində qonağın bu məkana aparılmasında məqsədin nə olduğunu şərh etməyə ehtiyac yoxdu. Utandıq, “Şuşa”nın sahibi bilmirəm şuşalıdı, ya yox, amma “Şuşa”da yenə “qan” axıdılır, azərbaycanlı “qanı”… Bunun günahkarı isə erməni deyil. Yəqin ki…
Qeyd edək ki, bununla bağlı artıq İqtisadi İnkişaf Nazirliyinə şikayət etmişik. (fanat.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728