Bakıda DYP-sürücü davası: xəsarət alan var

22.06.2015 - 12:55

dyp3“8-ci kilometr bazarı”nını yaxınlığındakı “Diqalas” alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbə-yaxa dava-dalaşla müşayiət olunan insident baş verib.

“Yeni Müsavat”ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.

Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.

Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.

Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb.

Gərginlik davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26900

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930