Silahlı şəxs küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb

23.06.2015 - 11:04

img1623208ABŞ-ın Pensilvaniya ştatında naməlum silahlı küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb.

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, yaralananlar arasında 3 və 11 yaşlı qız, 9 yaşlı oğlan uşaqları da var.

Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerində araşdırma aparan polisin sözlərinə görə, cinayətin baş verdiyi Filadelfiya şəhərinin Hilton küçəsində silah tapılıb, atəşin məhz həmin silahdan açıldığı ehtimal olunur.

Polis cinayətkarı isti izlərlə tapmağa müvəffəq olmayıb.

Xatırladaq ki, iyun ayının 20-də Filadelfiya şəhərində 10 nəfərin yaralanması ilə nəticələnən analoji hadisə baş vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=27007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728