Azərbaycanda 1 yaşlı uşaq kanalda batıb
Azərbaycanda 1 yaşlı uşaq kanalda batıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Səma Etibar qızı Hüseynova yaxınlıqdan keçən su kanalına düşərək boğulub. Uşağın meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=27010