cumhuriyyet.net
Azərbaycanda 1 yaşlı uşaq kanalda batıb • Cumhuriyyət
Azərbaycanda 1 yaşlı uşaq kanalda batıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Səma Etibar qızı Hüseynova yaxınlıqdan keçən su kanalına düşərək boğulub. Uşağın meyiti tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
nesimi