Bakıda 9 nəfəri gün vurdu

23.06.2015 - 11:35

74489İyunda Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma halları ilə bağlı 9 müraciət daxil olub. Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev ANS PRESS-ə məlumat verib. Onun sözlərnə görə, günvurma ilə əlaqədar müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır.

Bundan başqa, bu il ilansancma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 14 nəfər olub. İlkin tibbi yardım göstərildikdən sonra onları xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki ötən illə müqayisədə bu il Azərbaycanda ilan və həşərat sancma hallarının sayı azalıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, ötən il ilan və həşərat sancma ilə bağlı müraciətlər aprel ayından başlamışdı. Onun sözlərinə görə, müraciətlərin sayı da bu ilkinə nisbətən çox olub.

“Hadisələr əsasən Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Samux ərazilərində qeydə alınıb. Bakı ətrafı ərazilərdə də belə hallar baş verir. Əsasən daş karxanaları ərazilərində həşərat sancma halları olur”, – deyə Azər Maqsudov bildirib.

Azər Maqsudov ilan və həşərat sancma zamanı ilkin olaraq xəsarət alan adamın hərkətsiz uzadılmalı olduğunu bildirib: “İlan və həşərat sancan adamı heç vaxt tərpətməz olmaz. Yara spirtlə təmizlənməli və yod vurulmalıdır. Ona çay vermək lazımdır. Qatıq, sarımsaq vermək, yaranı sovurmaq, yandırmaq və s. kimi türkəçarə etmək məsləhət görülmür. Xəstəni təcili olaraq həkimə çatdırmaq lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27028

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031