Ərdəbildə fəhlə üsyan: polislə qarşıdurma

24.06.2015 - 02:08

rr16 aydır maaş almayan Ərdəbil dəmir əritmə zavodunun fəhlələri bazar günü iyunun 21-də iş idarəsi binası önündə toplanıb əllərində plakatlarla Ərdəbil valiliyinə doğru yürüyüblər. Yerli media polisin müdaxiləsi ilə mitinqin dağıldığını və bir neçə işçinin yaralanıb xəstəxanaya aparıldığını yazır.

“Bazar günü səhər vaxtlarında təqribən 200 işçi 16 aylıq maaşlarının gecikməsi və iş durumları ilə əlaqədar bilinməzliyə etiraz olaraq sosial və qanuni haqlarına dair tələblərini səsləndirmək üçün Ərdəbil valiliyinə müraciət ediblər,” deyə İLNA (Iranian Labour News Agency) mitinqin xəbərini əks edib.

Ərdəbildə fəaliyyət göstərən internet qəzeti Azarsalam.ir mitinq zamanı etirazçılar və İran polisinin özəl qüvvələri arasında qarşıdurma baş yarandığını yazıb. Qəzetin nəşr etdiyi şəkillərdə bir çox polis özəl qüvvəsinin olay yerində hazır vəiyyətdə durduğu göstərilir.

Aksiya yerindən şəkillər yayan digər yerli internet qəzeti Sabalaneh.ir qarşıdurma nəticəsində yaralanan bir neçə fəhlənin ambulansla xəstəxanaya aparıldığını bildirib.

Sabalaneh yaydığı reportajda mitinqə qatılan fəhlələrin sözlərinə də yer verib.

“Bu mübarək orucluq ayında ailəmdən utanıram. Davamlı olaraq “tədbir və umud”dan danışan hörmətli hökümətin şəraitimizi anlayıb bizim üçün bir iş görmələrinə ümid edirəm,”-deyə Əli adlı fəhlənin sözləri veb səhifədə dərc olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728