Qafqaz silahlıları İŞİD-ə sədaqət andı içib

24.06.2015 - 02:57

isidŞimali Qafqazdan gələn bir qrup silahlı şəxs terrorçu “İslam Dövləti” qruplaşmasına sədaqət andı içib. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, ilk dəfədir ki bu qruplaşma Qafqaz regionundan olan cihadçıları öz sıralarında alqışlayır.
“İslam dövləti”-nin internetdə yerləşdirdiyi audio mesajda naməlum silahlı Çeçenistan, Dağıstan, İnquşetiya və Kabarda-Balkariya silahlıları adından qruplaşmaya sədaqət andı içir.
O, deyir ki “biz bu qərara yekdilliklə gəlmişik və bizim aramızda bununla bağlı heç bir narazılıq yoxdur”.

Qafqazda yerləşən əsas cihadçı təşkilat kimi tanınan “Qafqaz Əmirliyi” qruplaşmasından hələlik bununla bağlı heç bir reaksiya yoxdur. Bu qruplaşma keçmişdə “İslam dövlətinin” əleyhinə bəyanatlar vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=27089

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728