Orta məktəb buraxılış imtahanları ilə bağlı gizli məqamlar

29.06.2015 - 03:11

icrabakıSabirabad, Daşkəsən və Ağcəbədi rayonlarının icra başçıları “vurula” bilər. İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Nazim İsmayılov(Sabirabad), Əhəd Abıyev(Daşkəsən) və Ağcəbədinin icra başçısı Şahin Məmmədov Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) açıqladığı faktlardan sonra hədəfə gəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl TQDK 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçünmərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 86 min 156 şagirdin iştirak etdiyi imtahanların nəticələri açıqlanarkən məlum olub ki, Sabirabad, Daşkəsən, Ağcəbədi rayonlarında təhsil sahəsində vəziyyət acınacaqlıdır. Bu rayonlar ən aşağı nəticə göstərib.

Nəticələri təhlil etdikdə aydın olur ki, bu il Sabirabad rayonunda orta məktəbi bitirənlərin 46,80 faizi Ana dilini, 50,59 faizi isə Riyaziyyat fənini bilmir və imtahanlardan“2” qiymət alıb. Sabirabadda imtahan verənlərin müvafiq olaraq, 6,01 faizi və 6,40 faizi Ana dili və Riyaziyyat fənlərindən “5” qiyməti alıblar.

Daşkəsəndə isə 11-ci sinfi bitirən şagirdlərin 43,82 faizinin Ana dilini, 49 faizinin isə Riyaziyyat fənnini bilmədiyi aydın olub. Daşkəsənin 11-ci sinif şagirdlərinin cəmi 4.78 faizi Ana dilini, 5,18 faizi isə Riyaziyyatı “əla” bilir.

Ağcabədi rayonunda isə 11-ci sinfi bitirənlərin 39 faizi Ana dili, 46,22 faizi isə Riyaziyyatdan “2” qiyməti alıblar. Məlumata görə, bu nəticələr hakimiyyətdə daxilində ciddi müzakirələrə səbəb olub. Bildirilir ki, müzakirələrdə adıçəkilən rayonların aşağı nəticə göstərdiyinə görə yerli rəhbərliyi hədəfə gətilirir. Beləliklə, Nazim İsmayılov, Əhəd Abıyev və Şahin Məmmədovun karyerasına təhlükə yaranıb

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27445

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728