18 yaşlı qız “mən cihada gedirəm” yazıb evdən qaçdı

04.07.2015 - 00:09

rrKövsər Çelik adlı 18 yaşlı gənc qız İstanbuldakı evlərindən ötən bazar günü ayrıldıqdan sonra bir daha geri qayıtmayıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu müddətdə qızlarından heç bir xəbər almayan Çelik ailəsi onun geridə qoyduğu və sonu “…şəhid olacağam. Haqqınızı halal edin. Məni axtarmayın, sormayın” şəklində bitən məktubuna görə qızlarının Suriyaya radikal qruplara qoşulmasından narahatdır. Ailə günlərdir göz yaşı tökür.

Ailənin 4 uşağından ən böyüyü olan Kövsər bazar günü bir məktub yazdıqdan sonra müəammalı şəkildə yoxa çıxıb. 18 yaşlı Kövsər məktubunda yazıb: “Mən cihada gedirəm. Allah yolunda döyüşəcəyəm. Şəhid olacağam”. Bunu oxuduqdan sonra dünyası qaralan ata Cavad Çelik dərhal polisə müraciət edib.

Ata qızının son zamanlar telefonla daim mesajlaşdığını, telefon nömrələrini rəsmi orqanlardan tələb etmələrinə baxmayaraq, bu günə qədər ala bilmədiklərini söyləyib:
“40 gün ət yemədi. “Qızım, niyə yemirsən” deyəndə “nəfsimi tərbiyə edirəm” dedi”.

Anası İsminaz Çelik də bu məlumatı təsdiqləyib. Qızının son dövrlərdə telefonla daim mesajlaşdığını, gecə yatmadığını, səhər də erkən oyandığını deyən ana bildirib: “Mən nişanlısı ilə danışır deyə, fikir verməmişəm. Son bir həftədir günahkar kimi görünürdü. Telefonu qoyar-qoymaz cinayətkar kimi qalxırdı. Çarşabla bağlı çox danışırdı. “Ana carşab geyəcəyəm, ərəbcə öyrənəcəyəm” deyirdi. Ərəbcə ilahilər dinləməyə çalışırdı. Bu nə, mən bundan bir şey başa düşmürəm deyəndə, o “ancaq mən anlayıram” deyirdi”.

Qızının Suriyaya getdiyini düşündüyünü deyən Cavad Çelik deyib: “Suriyanın öz problemləri özünə bəsdir. Bizim problemlərimiz də özümüzə. Öz ölkəmizi xilas etdik ki, Suriya qaldı?”.

10 aydır nişanlı olduğu 18 yaşlı Abdullah Yeryudan ilə son dəfə 10 gün əvvəl görüşən Kövsər ona da heç nə deməyib. Telefonla əlaqə saxladıqları nişanlısı aralarında hər hansı bir mübahisə və ya ayrılıq olmadığını bildirib. Nişanlısı da Kövsərin yoxa çıxmasına bir səbəb olmadığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27609

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728