Laçın erməni zabitlərinə cəhənnəmə döndü – VİDEO

06.07.2015 - 00:06

esgerolumErmənistan ordusunun zabitləri Azərbayjanın işğal edilmiş Laçın rayonu ərazisində qəzaya düşərək həlak olublar. ANS PRESS-in mədumatına görə, hadisə Laçın – Xankəndi yolunun 28-ji kilometrində baş verib. Erməni zabitlərinin idarə etdiyi VAZ 2106 markalı avtomobil dərəyə yuvarlanaraq aşıb.

Hadisə zamanı 28 və 26 yaşlı iki nəfər zabit yaralanıb. Onlar Azərbaycanın işğal edilmiş Ağdərə rayonunda mövqe tutmuş Ermənistan hərbi hissələrində xidmət göstəriblər. Qəzaya düşmüş VAZ 2106 markalı avtomobilin sərnişinlərindən iki nəfər isə yaralanıb. Onları Xənkəndi şəhərindəki səhra hospitalına aparıblar. İşğal ordusunun həkimləri erməni zabitlərinin vəziyyətini ağır kimi dəyərləndiriblər.

Azərbaycanın Laçın rayonu 18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır. Respublikanın paytaxtı Bakı ilə şosse yolla ara məsafəsi 450 km olan Laçının Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi 60 km-dir.

Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğaldan öncə rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd olub. İşğaldan sonra ermənilər Laçının adını xəbərlərdə Berdzor (Qala dərəsi) kimi göstərirlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031