Papanın papağını külək apardı – VİDEO

06.07.2015 - 11:58

papa3Xəbər verildiyi kimi, Roma Papası Fransisk Latın Amerikasına səfərə gedib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, ilk gəldiyi Ekvadorda təyyarədən enərkən xoşagəlməz hadisə ilə üzləşib – güclü külək onun başından pipeolus adlanan baş örtüyünü uçurub.

Fransisk dayanmayıb və təyyarənin pillələkənlərindən enməyə başlayıb. Onu Ekvadorun prezidenti Rafael Korrea qarşılayıb.

Qeyd edək ki, Papa Fransisk iyulun 5-də Ekvadorun paytaxtı Kitoya gəlib. Papa Cənubi Amerikanın ən yoxsul 3 ölkəsinə səkkiz günlük səfərinə başlayıb. O, Boliviya və Paraqvaya da gedəcək, ancaq doğma vətəni Argentinaya dəyməyəcək.

“Cəmiyyətdə hər kəs dünyadakı proqresdən qazanmalıdır,” – Papa Kito aeroportunda deyib.

Vatikanın məlumatına görə, Papanın səfərində əsas diqqət yoxsulluğa ayrılacaq. O, dini mərasimlər aparacaq. İyulun 8-də Boliviyaya gedəcək, orada yerli əhalinin hüquqlarını müdafiə edəcək. Paraqvayda isə Papa ictimai fəallarla görüşəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27737

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930