Papanın papağını külək apardı – VİDEO
Xəbər verildiyi kimi, Roma Papası Fransisk Latın Amerikasına səfərə gedib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, ilk gəldiyi Ekvadorda təyyarədən enərkən xoşagəlməz hadisə ilə üzləşib – güclü külək onun başından pipeolus adlanan baş örtüyünü uçurub.
Fransisk dayanmayıb və təyyarənin pillələkənlərindən enməyə başlayıb. Onu Ekvadorun prezidenti Rafael Korrea qarşılayıb.
Qeyd edək ki, Papa Fransisk iyulun 5-də Ekvadorun paytaxtı Kitoya gəlib. Papa Cənubi Amerikanın ən yoxsul 3 ölkəsinə səkkiz günlük səfərinə başlayıb. O, Boliviya və Paraqvaya da gedəcək, ancaq doğma vətəni Argentinaya dəyməyəcək.
“Cəmiyyətdə hər kəs dünyadakı proqresdən qazanmalıdır,” – Papa Kito aeroportunda deyib.
Vatikanın məlumatına görə, Papanın səfərində əsas diqqət yoxsulluğa ayrılacaq. O, dini mərasimlər aparacaq. İyulun 8-də Boliviyaya gedəcək, orada yerli əhalinin hüquqlarını müdafiə edəcək. Paraqvayda isə Papa ictimai fəallarla görüşəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=27737