Qarabağa köçən rus milyarder haqda şok – Audio yazı

08.07.2015 - 01:30

rrRusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer German Sterliqov həbs oluna bilər. Bu barədə tanınmış vəkil Aleksey Sklyarenko açıqlama verib. Onun sözlərinə görə, ekstremist BORN təşkilatının (Rusiya millətçilərinin döyüş təşkilatı) təsisçilərindən biri Nikita Tixanov vəkil Markelova və jurnalist Baburovun qətlinə görə özmürlük azadlıqdan məhrum edilib.

Rusiya mətbuatına açıqlama verən Tixanovun vəkili Sklyarenko bildirib ki, BORN təşkilatının üzvü olan Sterliqovun yuxarıda qeyd edilən cinayət işində “əli”nin olduğu sübuta yetirilərsə, milyarder 15 il azadlıqdan məhrum edilə bilər.

Məsələ burasındadır ki, ömürlük həbsə məhkum edilən Tixanov polisə ifadə verərkən bildirib ki, Sterliqov ekstremistlərin fəaliyyətini maliyyələşdirir. Bundan başqa Qarabağa köçən milyarder ekstremistləri döyüş təlimləri üçün meydançalarla təmin edib.

“Bütün bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və Sterliqov barədə qərar qəbul edəcək”, – Sklyarenko deyib. German Sterliqovun vəkili Artur Ayrapetov bəyan edib ki, bəzi qüvvələrin onun müvəkkilinə böhtan atırlar. “Sterliqov haqqında media vasitəsilə mənfi imic formalaşdırmağa çalıırlar”.

Milyarderin Vkontakte sosial şəbəkəsindəki səhifəsində Dağlıq Qarabağda yaşadığı evin şəkilləri yerləşdirilib. Həmin şəkillərdə evin pəncərələri bağlıdır. Sterliqov həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işlər ilə məşğul olmağa başlayıb. Rusiyanın Azərbaycandakı səfirliyi isə biznesmenin Azərbaycanın işğal olunmuş torpaqlarına köçməsini şərh etməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı milyarder German Sterliqovun qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazisinə gedərək orada məskunlaşmasına münasibət bildirib. XİN mətbuat katibi Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında, German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktının hal-hazırda araşdırıldığını bildirib.

Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası “Alisa”nı yaradıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27745

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728