Bankirin adı qətl işində – 40 milyon dövlətdən necə gizlədilib?

08.07.2015 - 00:05

rrXəbər verildiyi kimi, “Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyona yaxın pul “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətdə dövriyyəyə buraxılıb. Həmin pullar pul köçürmələri və tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib.

Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı – Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Bu informasiya ölkə mediasında, ictimaiyyət arasında və olayla bağlı əlaqədar qurumlarda böyük əks-səda yaradıb.

680 min manatın 8 zərbəsi

Bu arada AzNews.az-a Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi, eləcə də “Kia Motors Az” MMC ilə “Parabank”ın dövlətə qarşı etdiyi fırıldaqlarıyla bağlı ilginc məlumatlar daxil olub.

Hazırda Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox məqamlar ortaya çıxıb. İlk növbədə Fərhad Abbasovun guya, özünə 8 bıçaq zərbəsi vurması versiyasının kifayət qədər şübhəli olduğu, çox güman ki, onun özünə qəsd etmədiyi, kim və ya kimlərsə tərəfindən qətlə yetirildiyi məsələsi gündəmə gəlib. Elə kifayət qədər əsaslı şübhələr olduğundandır ki, 2012-ci ildə xitam verilən iş, Bakı Şəhər Prokurorluğunu tərəfindən yenidən araşdırılmağa başlayıb. Və elə iş materiallarına baxış zamanı çox ciddi şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məsələlərdən biri Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir. Bu isə özünə 8 bıçaq zərbəsi vurub(?). Eyni zamanda müstəntiq ekspert rəyinə baxarkən daha bir maraqlı məqamda “ilişib”. Məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub. Bu “səliqəli” hərəkət əlbəttə intihar edən adamın öz “əli işi” ola bilməz.

Maraqlıdır ki, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib, tez-bazar işi xətm ediblər…

“KİA”-nın rəhbəri onu öldürəcəyini deyirmiş…

Məsələ ilə bağlı dindirilən şahidlərin ifadələri isə, Fərhad Abbasovun öldürülməsi şübhəsini qətiləşdirir. Belə ki, bankda yoxa çıxan 1 milyona yaxın pula görə, həbsə salınan “Parabank”ın Nəsimi filialının xəzinədarı olmuş Kazımov Ülvi Elçin oğlunun məsələ ilə bağlı ifadəsi maraqlıdır. O bildirir ki, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini, öldürəcəyini deyirmiş.

Bankirin qoçu dəstəsi…rr

Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən təhdidlərə məruz qaldığını bildirirmiş. Ülvinin ifadəsinə görə, mərhum hadisədən bir neçə gün əvvəl S.Səfərov tərəfindən harasa çağırılıb və ona son dəfə xəbərdarlıq edildiyini bildirib. Bundan başqa, məlum olub ki, S.Səfərovun oğlu Əşrəf Səfərov 10 yaxın idmançı görkəmli şəxslə onu “söhbətə” çağırıb və döyüblər. Yeri gəlmişkən, Parabankın “Nəsimi” filialına faktiki rəhbərlik edən Ə.Səfərov kriminala yaxın şəxs hesab edilir.

O, xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsiylə haqq-hesab çəkməyi xoşlayır. Bu, fikirlər hazırda həbsdə olan Ülvinin anası Maya Kazımovanın prezident İlham Əliyevə və ölkənin birinci xanımına ünvanlandığı məktubda da yer alır. Müraciətdə bildirilir ki, o, qoçu dəstəsinə böyük oğlu Ehtiram Kazımovu döydürüb və ümumi dəyəri 130 min manat olan əmlaklarını (Xırdalanda iki otaqlı mənzil, avtomobil və.s) əllərindən aldırıb.

Yoxlama başladı, 40 milyonun cəzası nə olacaq?

Bu faktların aşkarlanmasıyla kimlərin cəzalanacağı bəlli olmasa da, Parabankın “Nəsimi” filialında “Kia Motors AZ” MMC-nin müştərək fırıldağıyla dövlətdən gizlədilən pulun təftişinə artıq başlanılıb. Məsələ ictimailəşəndən sonra hər iki qurumda Vergilər Nazirliyi böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.

KİA-nın para (bank) təkzibi

KİA və Parabank isə informasiyaları təkzib eləməyə çalışır. Qurumlardan mətbuata göndərilən məktublarda bildirilir ki, KİA-nın Parabankda 40 milyon manat deyil, 2 140 000,00 (iki milyon bir yüz qırx min manat) manatı olub və bankın saxlanc anbarından bu pulun 689 132,75 (altı yüz səksən doqquz min bir yüz otuz iki manat yetmiş beş qəpik) manatı əskik gəlib.

Qurumlar bu “təkziblə” vacib suallar yaradır:

1. Oğurlanan 689 min manat 2 milyonun təxminən üçdə bir hissəsidir. Necə ola bilər ki, qoyulan pulların üçdə biri yoxa çıxsın və uzun müddət bundan heç kimin xəbəri olmasın? Həbsə salınan Ülvi Kazımovun ifadələrindən görünür ki, banka qoyulan 40 milyon pullar adi qutulara yığılıbmış və uzun müddət sayılmayıb. 40 milyon civarında pulun 689 min manatı oğurlanada gözə görünməyə bilər. Amma əmanətin doğrudan da üçdə biri yoxdursa, yəqin o, dərhal diqqət çəkərdi. Görünür, KİA-nın açıqladığı 2 milyon bankda rəsmiləşdirdiyi puldur.
2. Amma bir məqam da var ki, vergi yoxlamaları zamanı məlum olub ki, bankın “Nəsimi” filialı 200 mindən artıq pul saxlaya və ya dövriyyəyə buraxa bilməz. Yəni bankda hətta iki milyon bir yüz qırx min manatın saxlanılması da qanunsuzdur. Bununçün bank filialında nə bunker, nə də inkassasiya maşını var.

Eləysə, bank bu milyonları necə saxlayıb? Təkcə bu faktın özü deyir ki, bank filialının rəhbəri istəsə belə həmin pulları rəsmiləşdirə bilməz.

Amma nəzərə alsaq ki, filiala oğul Səfərov rəhbərlik edir, onda ata Səfərovun pullarının necə yerləşdirilməsi, onun dövlətdən necə gizlədilməsi və qeyri-qanuni yolla dövriyyə buraxılması kimi halların necə baş verməsi o qədər də təəccüblü deyil.

Təəccüblü olanı isə bu milyonların dövriyyəsi, Mərkəzi Bankın, Vergilər Nazirliyinin və digər qurumların gözündən necə yayınmasıdır…/AzNews.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27767

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728